Qadın çox yaxşı əri ilə boşanmaq üçün məhkəməyə müraciət edib
Birləşmiş Ərəb Əmirliklərində qadın ərinin onu “çox sevdiyi” üçün boşanır.
Qadın Əl-Fujairə əmirliyinin şəriət məhkəməsində iddia açıb. Qadın hakimə bildirib ki, “ərinin sevgisi onu boğur”.
“O, heç vaxt mənə qışqırmayıb, heç nədə imtina etməyib”, - BƏƏ sakini etiraf edib. Onun sözlərinə görə, həyat yoldaşı bəzən onun üçün yemək hazırlayıb və evi təmizləyib.
Lakin qadını ən çox qıcıqlandıran ərinin evli olduqları müddətdə ona bir dəfə də olsa cavab qaytarmamağı olub.
“Mənim mübahisələrə ehtiyacım var, itaət mənə lazım deyil. Heç olmasa bir dəfə mübahisə etmək istəyirəm, amma bu, mənim romantik həyat yoldaşımla mümkün deyil. O, həmişə məni bağışlayır və hədiyyələr alır”, - deyə qadın bildirib və əlavə edib ki, bu yolla əri onun “həyatını cəhənnəmə çevirib”.
Arvadının qərarından məyus olan kişi bildirib ki, sadəcə mükəmməl və mehriban bir ər olmaq istəyib.
Kişi hakimdən xahiş edib ki, arvadına iddianı geri götürməyi məsləhət görsün. Məhkəmə həyat yoldaşlarına barışıq şansı vermək üçün işi təxirə salmaq qərarına gəlib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət