Slimfit
  1. DÜNYA

Qadın can verən kişi ilə nikaha girdi, işə polis qarışdı

Qadın can verən kişi ilə nikaha girdi, işə polis qarışdı
Sakura

Qadın can verən kişi ilə nikaha girdi, işə polis qarışdı

Rusiya Federasiyasının Kemerov bölgəsində ölüm ayağında olan kişi ilə bağlanmış nikahı etibarız elan ediblər. Bu barədə Kuzbass prokuraturasının rəsmi saytında məlumat verilib.

2017-ci ilin iyul ayında vilayətin Taştaqol rayonunun VVAQ şöbəsinin rəhbəri öz tanışı olan xanımla ölməkdə olan kişi arasında onun razılığı olmadan nikah qeydə alıb. Nikaha daxil olan ər huşsuz vəziyyətdə xəstəxanada yatırmış. O, nikahın səhəri günü vəfat edir.

Prokuraturanın versiyasına görə, qanunsuz nikaha girən qadın ailə qurmaq planlaşdırmayıb. Fırıldaqçı qadın öldükdən sonra kişinin əmlakını ərə keçirmək üçün bu yola əl atıb.

Faktla bağlı açılan cinayət işini özünə qarşı hörmətsizlik hesab edən qadın ona dəyən mənəvi ziyana görə, hüquq-mühafizə orqanlarından 100 min rubl (2620 manat) təzminat da istəyib.

Məhkəmənin nəticəsinə görə, nikah etibarsız sayılıb. Nikahı qeydə alan məmur isə 10 min rubl məbləğində cərimə olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əliağa Kürçaylı məşhur xanəndə Cabbar Qaryağdıoğlunun qızı Şəhla xanımla evlənib.

Redaktor seçimi

SON XƏBƏRLƏR