Slimfit
  1. MARAQLI

Qadın bədəni haqqında 10 maraqlı fakt

Qadın bədəni haqqında 10 maraqlı fakt
Sakura

Qadın bədəni haqqında 10 maraqlı fakt

Qadınların bədən quruluşu bir sıra xüsusiyyətlərinə görə kişilərdən fərqlənir.

Axar.az qadın bədəni haqqında maraqlı faktları təqdim edir:

1. Qadınların boyunları daha elastikdir. Biri səsləndiyi zaman qadınlar yalnız başlarını çevirərək dönürlərsə, kişilər bütün vücudlarını çevirmək məcburiyyətində qalırlar. Buna görə də qadınlarda boyun ağrılarının olma ehtimalı kişilərdən daha çoxdur.

2. Eşitmə qabiliyyətləri yuxuda olarkən belə həssasdır. Qadın qulağının belə həssas olmasının başlıca səbəbi körpələri ağlayan zaman onları eşidərək baxmaları ilə əlaqələndirilir. Bu da xroniki yorğunluq, depressiya və yaddaş problemlərinə səbəb olan yuxu rejiminin pozulması ilə nəticələnə bilər.

3. Qadınların sinə əzələlərindən biri digərindən daha böyükdür. Bu, normaldır və müxtəlif səbəblərdən ola bilər.

4. Qadınlar kişilərdən daha rasionaldır. Elmi araşdırmalar qadınların kişilərdən daha duyğusal olması barədə iddiaları təkzib edir. Belə ki, elmi araşdırmalara görə, qadınların beyin pərdəsinin kişilərinkindən daha qalın olduğu üzə çıxıb. Daha bir maraqlı fakt odur ki, kişilərin duyğularında böyük rol oynayan beyin həcmi qadınlardan böyükdür.

5. Qadın bədəni selluitə daha meyillidir. Selluitli şəxslərin 98 faizini qadınlar, 2 faizini kişilər təşkil edir. Seluit əslində çəki problemlərinin göstəricisi yox, inkişafını başa vurmuş qadın bədəninin əlamətidir.

6. Qadınlar kişilərdən daha tez sərxoş olur. Bunun səbəbi qadın toxumalarında kişilərlə müqayisədə daha az su olmasıdır. İtaliyan elm adamlarının araşdırmasına görə, bədəndəki su səviyyəsindəki fərqlilik spirtin qana qarışmadan çox az miqdarının həzm olunmasına və qadınların daha tez sərxoş olmasına səbəb olur. Bədəndəki su səviyyəsinin az olmasına görə qadınlardakı hemoqlobin səviyyəsi kişilərdən 12 faiz daha azdır.

7. Qadınların digər insanlarla qurduğu bağlar kişilərdən daha güclüdür. Bunun elmin açıqlaması isə qadınların oksitosin (sevgi hormonu) səviyyəsinin daha yuxarı olması ilə bağlıdır.

8. Qadın bədəni 20 yaşa qədər daim inkişafda olur, dəyişilir.

9. Qadınların beyin quruluşları doğuluşdan qarışıqdır. Belə ki, qadın beyininin sol və sağ yarımkürələri kişilərlə müqayisədə bir-birilə daha yaxındır. Buna görə də qadınlar daha sürətli şəkildə sosial münasibətlər qurur və rejimə uyğunlaşırlar.

10. Aparılan araşdırmalara görə, Avropa mənşəli qadınların doğuluşdan sarışın olma ehtimalı kişilərdən 2 dəfə çoxdur. Bundan əlavə, kişilərin qara saçlı olma ehtimalı da qadınlardan 3 dəfə çoxdur. Alimlərin fərziyyəsinə görə, bunun əsas səbəbi doğulanda insan bədənində mövcud olan sarı genlərin kişilərdə böyüdükcə azalması ilə bağlıdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR