Slimfit
  1. CƏMİYYƏT

Qaçqınkomdan yataqxanadakı yanğınla bağlı açıqlama

Qaçqınkomdan yataqxanadakı yanğınla bağlı açıqlama
Sakura

Qaçqınkomdan yataqxanadakı yanğınla bağlı açıqlama

Yanvarın 17-də Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında yanğın olub. Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən yanğın söndürülüb.

Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (Qaçqınkom) məlumat yayıb.

Digər yaşayış sahələri yanğından mühafizə olunub. Yanğın barədə məlumat daxil olduqdan dərhal sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin aidiyyəti struktur bölməsinin rəhbər şəxsləri hadisə yerinə yollanıblar. İlkin araşdırma nəticəsində 11 məcburi köçkün ailəsinin müvəqqəti məskunlaşdığı yaşayış sahəsinə ziyan dəydiyi müəyyən edilib. Hazırda Dövlət Komitəsinin rəhbərliyi hadisə yerindədir, siyahıyaalınma aparılır. Müvafiq tədbirlər görüləcək. Yanğın baş vermiş binada 35 ailə müvəqqəti məskunlaşıb.

Yanğının başvermə səbəbləri Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırılır, dəymiş ziyan müəyyənləşdirilir. FHN-nin araşdırmasından sonra yekun rəy veriləcək, onun əsasında müvafiq hüquqi addımlar atılacaqdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR