Slimfit
  1. DÜNYA

Qabyuyan olaraq çalışıb dünyanın ən varlı pakistanlısı oldu

Qabyuyan olaraq çalışıb dünyanın ən varlı pakistanlısı oldu
Sakura

Qabyuyan olaraq çalışıb dünyanın ən varlı pakistanlısı oldu

Dünyanın ən varlı pakistanlı biznesmeni kimi şöhrət qazanan Şahid Xan, ilk zamanlar qabyuyan olaraq çalışıb. O müxtəlif növ problemlərə sinə gərərək arzusunda olduğu biznesi, iflasa uğrayan şirkət üzərində qurmağa nail olur. Forbes reytinqlərində yer alıb, dünya avto nəhəngləri ilə çalışır. Xeyriyyəçiliklə məşğul olan Xan, iki futbol komandasının sahibidir. Flex-N-Gate şirkətindən əlavə olaraq müxtəlif sahələrdə şöhrət qazanan bizneslərin sahibidir. Bütün bunlar ilə yanaşı pakistanlı milyarderin adı Donald Tramp siyasətinin ən aktiv dəstəkləyicisi kimi də hallanır.

Şahid Xan, Pakistanın Lahor şəhərində 1950-ci ildə dünyaya göz açıb. Atası kiçik biznesmen, anası isə riyaziyyat professoru kimi çalışıb. Xan 16 yaşında orta məktəbi bitirərək ABŞ-a təhsil almaq üçün imiqrasiya edir. Yad ölkədə yaşamalı olacağı ilk müddət üçün ailəsi Xana cəmi 500 dollar verə bilir. İllinoys universitetinin mühəndislik fakültəsinə qəbul olmağa hazırlaşan Xan orada yerləşən yataqxanada məskunlaşmaq qərarına gəlir. Lakin vaxtından əvvəl gəldiyi üçün yataqxana bağlı olduğundan, bir anda özünü küçədə tapır. Xan yad bir ölkədə, yalnız və evsiz qalmağa məcbur olduğu üçün hostellərin birinə üz tutur. Hostel üçün 3 dollar ödəyən Xan, bu məbləği ağlasığmaz dərəcədə baha görür.

Lakin bir müddət sonra Şahid Xan Amerikada zəhmətə Pakistana nisbətən daha çox dəyər verildiyini anlayaraq hosteldə saatı 1,2 dollardan qabyuyan olaraq çalışmağa başlayır. Gələcək milyarder 4 il ərzində dayanmadan təhsil almaqla yanaşı həm də işləyir. Ona təklif edilən heç bir işdən imtina etmədən və tam olaraq özünü o işə sərf etməklə məşğul olur. Çünki Xanın əsas məqsədi ilk növbədə zəngin olmaq idi.

1971-ci ildə Şahid Xan mühəndis diplomunu alır. 1970-ci ildə hələ tələbə olarkən avtomobil hissələri istehsalı ilə məşğul olan Flex-N-Gate şirkətində işə düzəlir. Şirkət 1956-cı ildə təsis olunub, o dövrlərdə kiçik müqavilələr əsasında çalışır. Bakalavr təhsilini bitirən Şahid Xan həmin şirkətin texniki rəhbəri vəzifəsində işləyir. Növbəti dörd ildən sonrakı müddətdə o, Flax-N-Gate şirkətinin texniki direktoru vəzifəsinə qədər yüksələ bilir.

Şirkət, yeni yaranan müəssisələrdən fərqli olaraq innovativ yenilikləri tətbiq etmək istəmir. Məsələn; yeni bamper 15 fərqli metal detalın qaynaq edilməsi nəticəsində hazırlanır.

Xan müasir tendensiyaya cavab verəcək texnologiyalardan istifadənin tərəfdarı olaraq keyfiyyətsiz detalların istehsalına qarşı çıxır. Şirkətin istehsalat zamanı rast gələcəyi bütün texniki məsələlərin həllini öz üzərinə götürür. İnnovativ çıxış yollarından istifadə edib, əməkdaşlara təlim keçməyə başlayır. Lakin şirkət rəhbərliyi Xanın ideyalarını dəstəkləmək istəmir və əlavə xərcləri ödəməkdən imtina edir.

Xan beş illik zəhmətin itirilməsinə rəğmən, məyus olmur. Əksinə arzusunda olduğu biznesi sıfırdan yaratmağa başlayır. İlk olaraq bütöv metal parçasından istifadə edərək, keyfiyyətli bamper hazırlamağa nail olur. Tikişlərin yoxluğu metalı paslanmaqdan qoruyaraq onun korroziyaya uğramasının qarşısını alır. Flex-N-Gate şirkətinin rəsmi məlumatına görə Şahid Xan 1976-cı ildə ilk olaraq bu üsulla daha dözümlü detal hazırlamağa nail olur.

1978-ci ildə istehsalatın gələcək perspektivərini nəzər alaraq 50 min dollar məbləğində vəsaiti kreditə götürür və 13 min dolları bu pulun üzərinə əlavə edərək Bumper Works şirkətini təsis edir. Şirkət keyfiyyətli detallar istehsal edərək alıcıların rəğbətini qazanmağa nail olur. Qısa müddət ərzində Bumper Works avtomobil dünyasının səhmdarlarının diqqətini cəlb edə bilir. Siyahıda General Motors və Chrysler-ə kimi nəhənglərin adlarına belə rast gəlmək olardı.

Flex-N-Gate rəhbərliyi, Xanın şirkətdən getməsi itkilərə səbəb olduğu üçün məhkəməyə müraciət edir.  İddiaya əsas olaraq isə Xanın onlardan yeni texnologiya ideyasını mənimsədiyini bildirirlər. Xanın maddi vəziyyəti bahalı hüquqşunas ilə çalışmağa imkan vermir. Xan bu vəziyyətdə belə geri addım atmır. Münasib qiymətə çalışa biləcək hüquqşunas ilə birgə kitabxanalarda öz müdafiə xəttini hazırlamağa başlayır. Budur 1980-cı ildə Flex-N-Gate şirkətinin kifayət qədər qiymətləndirmədiyi Xan, məhkəmədə qalib gəlir. Onun haqqında irəli sürülən iddia əsaslı hesab edilmədiyi üçün məhkəmə işi bağlanılır.

O müddət ərzində Flex-N-Gate şirkəti artıq iflasa uğrayır.  Bu vəziyyəti görən Xan, şirkəti almaq qərarına gəlir. Budur, xan Flex-N-Gate şirkətinin rəhbəri olaraq dünyanın ən böyük konsernləri ilə əməkdaşlıq etmənin təməlini qoyur. General Motors vasitəsi ilə İsuzu markası ilə əməkdaşlıq etməyə başlayan Xan, əldə etdikləri ilə kifayətlənmir. Daha sonra bu siyahıya Mazda, Toyota, Dodge, Mitsubishi, Hummer, Ford kimi nəhənglərin adları əlavə edilir.

Forbes reytinqinin 2014-cü ildə gəlirlərinə görə 92-ci pillədə qərarlaşan Flex-N-Gate şirkətinin sahibi Şahid Xanın ümumi sərvəti 8,4 milyard dollar təşkil edir. O, dünyanın ən varlı pakistanlısı kimi şöhrət qazanmağı bacarır.

Mənbə: Banco.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır - Fyodor Dostoyevski

Redaktor seçimi

SON XƏBƏRLƏR