Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Qabartma tozu, yoxsa soda?

Qabartma tozu, yoxsa soda?
Sakura

Qabartma tozu, yoxsa soda?

Adətən şirniyyat və digər bişmələrin həcmli və yumşaq alınması üçün soda və ya qabartma tozu istifadə edirik. Bəs onları bir-birindən fərqləndirən və bənzər cəhətlər hansılardır? Ümumiyyətlə xəmirə nə zaman və hansı şəkildə əlavə etməliyik?

Publika.az bütün sualların cavabını təqdim edir.

Yadda saxlamaq lazımdır ki, sodanı söndürmədən xəmirə əlavə etmək olmaz. Yoxsa təsirini görməyəcəksiniz. Odur ki, onu sirkədə söndürmək lazımdır. Bu zaman baş verən kimyəvi reaksiya nəticəsində karbon dioksid qazı ayrılır ki, məhz onun sayəsində bişən xəmir yumşaq və həcmli alınır. Təcrübəli kulinarlar, sodanı quru (un, vanil, manna yarması, kakao və s.), sirkəni isə maye (yağ, xama, qatıq və s.) ərzaqlara qatmağı tövsiyə edirlər.

Lakin miqdarı dəqiq bilmədən bu üsuldan istifadə etmək bəzən uğursuz ola bilər. Məsələn, qeyri-peşəkar qənnadçı 1 kq una nə qədər sirkə və soda istifadə edildiyini bilmir. Nəticədə ya bişən şirniyyat yetərincə şişmir, ya da sodanın xoşagəlməz dadı hiss olunur. Odur ki, bu üsul çoxumuz üçün əlverişli deyil.

Qabartma tozu ilə isə belə problem yaşamırıq. Çünki bu toz, sodanın təkmilləşdirilmiş formasıdır. Bəs qabartma tozu haqda nə bilirik? Onun tərkibi soda, un və limon duzundan ibarətdir. Əziz kulinarlar, ev şəraitində qabartma tozu hazırlamaq olduca asandır. Bu həm sərfəli, həm də zərərsiz məhsul deməkdir. Bəzən istehsalçılar qabartma tozunun hazırlanmasında unu nişasta ilə əvəzləyirlər ki, məhsul daha uzunmüddətli olsun. Qabartma tozunun üstün cəhəti odur ki, soda və limon duzu lazımi vaxtda reaksiyaya girib, xəmirin həcmli və yumşaq alınmasına xidmət edir. Bu proses isə təbii ki, xəmir sobada isinən zaman baş verir. Bəzən şirniyyatların reseptində həm soda, həm də qabartma tozuna rast gəlsəniz təəccüblənməyin. Çünki, özünün də turşluğu olan məhsulları tamamlamaq üçün soda istifadə edilməlidir. Bunlara kefir, qatıq, kəsmik, xama, meyvə və giləmeyvə şirələri, eləcə də bal daxildir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR