Slimfit
  1. AZƏRBAYCAN

Putinlə Trampın Qarabağ toqquşması: Lavrova qarşı Bolton...

Putinlə Trampın Qarabağ toqquşması: Lavrova qarşı Bolton...
Sakura

Rusiya Ermənistanda seçkilərdən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli üçün “Lavrov planı”nı işə salmağı…

Rusiya Ermənistanda seçkilərdən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli üçün “Lavrov planı”nı işə salmağı planlaşdırır.

Publika.az
 xəbər verir ki, bu barədə erməni siyasi şərhçi Naira Ayrumyan deyib.

Ayrumyan qeyd edir ki, Rusiya, Türkiyə və Azərbaycanın münaqişənin həlli ilə bağlı Ermənistana yeni təklif verəcəyi haqqında məlumatlar var: “Hətta fikir var ki, Ermənistanda bu ilin dekabrında növbədənkənar parlament seçkiləri keçirmək qərarı Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların sürətləndirilməsi ilə bağlıdır. Rusiya münaqişənin “Lavrov planı” üzərindən həll etmək niyyətindədir. Lakin ABŞ buna qarşı çıxır. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun İrəvana səfəri zamanı “münaqişəni tərəflər özləri həll etməlidir” açıqlaması da əslində Rusiyanın “Lavrov planı”na qarşı deyilmiş sözlərdir. Vaşinqton Rusiyanın Qarabağ planlarını sındırmağa çalışır. Məlumatlar var ki, ABŞ bunun üçün Ermənistana silah sata bilər. Məqsəd İrəvanın mövqelərinin gücləndirilməsidir”, - deyə erməni şərhçi bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR