Dərc edildi: Baxış sayı: 617
Putinin yükü çoxdur, işini bölək - Jirinovskidən təklif
Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski Rusiyada vitse-prezident vəzifəsinin yaradılması təklifiylə çıxış edib.
Axar.az xəbər verir ki, bu barədə Jirinovski Teleqram səhifəsində yazıb. O, bu addımın dövlət başçısının yükünü azaldacağını bildirib.
“Bu gün dövlət başçısının çiyinlərində böyük məsuliyyət yükü var, halbuki idarəetmə funksiyası prezidentlə müavinləri və baş nazirlər arasında bölünə bilərdi”, - o deyib.
Qeyd edək ki, bundan öncə Jirinovski Rusiya liderinin səlahiyyətlərini 6 ildən 5 ilə endirməyi tələb edib.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət