Slimfit
  1. DÜNYA

Putinin siqaret çəkənlərdən xoşu gəlmir

Putinin siqaret çəkənlərdən xoşu gəlmir
Sakura

Putinin siqaret çəkənlərdən xoşu gəlmir

Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Vladimir Putinin siqaret çəkənlərə münasibətindən danışıb. Kreml sözçüsünün sözündən belə çıxıb ki, Putinin siqaret çəkənlərdən xoşu gəlmir.

Bizimyol.info xəbər verir ki, Peskov prezidentin ətrafındakı adamların, demək olar, heç birinin siqaret çəkmədiyini deyib. “Belə vərdişi olan çox az adam qalıb. Putin sağlam həyat tərzinin tərəfdarıdır”, - Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri bildirib.

Dünən xəbər verdiyimiz kimi, qonşu ölkədə eyvanlarda siqaret çəkmək qadağan olunub. Peskov bu haqda sualı da cabablayıb. Onun dediyinə görə, Kremldə qadağanı yüksək qiymətləndirirlər: “Buna görə çox yanğınlar olur”.

Putin zərərli vərdişlərdən uzaq dövlət başçısı sayılır. Cüdo və sambo ilə hələ də məşğul olur, onu xokkey meydançalarında görmək mümkündür.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR