Slimfit
  1. DÜNYA

Putinin qadağasından Tiflis nə qədər pul itirəcək?

Putinin qadağasından Tiflis nə qədər pul itirəcək?
Sakura

Putinin qadağasından Tiflis nə qədər pul itirəcək?

Gürcüstan QHT-lərindən biri Rusiyanın "turist emabarqosu"nun ölkəyə vuracağı mümkün ziyanı hesablayıb. Hesablamaya görə, Gürcüstana rusiyalı turistlər gəlməsə, ölkə 100 milyon dollar itirəcək.

Axar.az xəbər verir ki, bu barədə açıqlamanı iqtisadçı ekspert Rövşən Ağayev verib. Ekspert bildirib ki, Gürcüstanın turizm gəlirlərində bu məbləğin payı heç 5%-ə də çatmır:

“Araşdırma müəllifləri hesab edir ki, bu embarqo perspektivdə Gürcüstanın xeyrinədir. Çünki bu məcburiyyət onları daha çox Qərb bazarlarına inteqrasiyaya vadar edəcək.

Belə təhlükələrə görə əmtəə və xidmət ixracının coğrafi baxımdan diversifikasiyası çox önəmlidir. Həm də milli təhlükəsizlik məsələsidir.

Doğrudur, Gürcüstana gələn rusiyalı turistlərin ümumi göstəricidə payı 20%-dən bir qədər çoxdur. Lakin xərclədikləri vəsait turizm gəlirlərinin 5%-i ətrafındadır”.

Qeyd edək ki, Gürcüstanda baş verən olaylardan sonra Rusiya lideri Putin bu ölkəyə birbaşa reyslərin 8 iyuldan qadağan edilməsi barədə qərar verib. Həmçinin, rusiyalı turistlərin Gürcüstana getməməsi üçün Rusiya XİN çağırış edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR