Dərc edildi: Baxış sayı: 625
Putinin Nobel mükafatına namizədliyi yenə irəli sürülüb
Rusiyalı yazıçı Sergey Komkov Rusiya prezidenti Vladimir Putinin 2021-ci ildə Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsi ilə bağlı Norveçin paytaxtı Osloya müraciət göndərib.
Ens.az Report.az-a istinadən xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.
Qeyd edək ki, Rusiya prezidentinin 2013 və 2016-cı illərdə də bu mükafata namizədliyi irəli sürülüb.
Xatırladaq ki, Nobel Mükafatı Fondu Direktorlar Şurası 2020-ci ildə Nobel mükafatının məbləğini artırmaq qərarına gəlib. Bu ildən qaliblərə 1,1 milyon ABŞ dolları məbləğində pul mükafatı veriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət