Putinin iqamətgahının koronavirusdan necə qorunduğu bəlli oldu
Rusiya Prezidenti Vladimir Putinin Novo-Oqaryovodakı iqamətgahında koronavirusdan qorunmaq üçün xüsusi tunel quraşdırılıb. Buradan keçən hər kəs dezinfeksiya prosedurundan keçirilir.
Bu barədə “RİA Novosti” xəbər yayıb.
Tunel Rusiyanın Penza şəhərində fəaliyyət göstərən bir şirkət tərəfindən hazırlanıb. Sistem oradan keçən şəxslərin bədəninin açıq hissələrinə və paltarına dezinfeksiyaedici məhlul püskürür.
May ayının sonunda V.Putin həkimlərlə onlayn ünsiyyət zamanı koronavirusa yoluxmağı və xəstəxanaya getməyi planlaşdırmadığını demişdi. “Şükür ki, sizin xəstəniz deyiləm. Ümid edirəm ki, belə də olacaq”, - deyə o, zarafatla bildirmişdi.
Martın ortalarında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin koronavirusdan qorunması üçün bütün tədbirlərin görüldüyünü vurğulamışdı.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət