Slimfit
  1. GÜNDƏM

Putinin Əliyevlə dostluq etməsi təsadüfi deyil - Mamontov

Putinin Əliyevlə dostluq etməsi təsadüfi deyil - Mamontov
Sakura

Putinin Əliyevlə dostluq etməsi təsadüfi deyil - Mamontov

Rusiya və Azərbaycan arasında informasiya əməkdaşlığının səviyyəsi: postsovet məkanında bugünkü reallıqları nəzərə alsaq, Rusiya və Azərbaycan cəmiyyətlərinin ehtiyaclarına nə dərəcədə uyğundur?

Media.az saytı Rusiya Televiziya Akademiyasının üzvü, Rusiyanın ən məşhur jurnalistlərindən biri, televiziya aparıcısı, çoxsaylı sənədli filmlərin müəllifi Arkadi Mamontovdan bu mövzuda müsahibə alıb.

Axar.az həmin müsahibəni təqdim edir.

- Mən hesab edirəm ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında informasiya mübadiləsi son dərəcə vacibdir, amma o ürəkaçan deyil.

- Bundan ötrü nə çatışmır?

- Əlbəttə biz, Rusiyada, müasir Bakının indi necə yaşadığını daha yaxşı bilmək istərdik. Şəxsən mənim üçün indi Azərbaycan kinematoqrafının necə inkişaf etdiyini, indi Azərbaycan haqqında nələr danışdıqlarını (Rusiyada - redaksiya) bilmək maraqlı olardı. Hər şeydən əvvəl, deməliyəm ki, sizin dəyərli Prezidentiniz İlham Əliyev çox güclü şəxsiyyət, böyük siyasətçidir. Təsadüfi deyil ki, bizim prezidentimiz Vladimir Putin İlham Əliyevlə dostluq edir, onunla bərabərhüquqlu ünsiyyət saxlayır. Onlar, necə deyərlər, eyni dalğadadırlar. Daha bir məqam: yayda Bakıda keçirilən “JARA” festivalı hamıya məlumdur. Sizin dadlı meyvələr, tərəvəzlər də öz yerində.

Mənim üçün, məsələn, Bakı haqqında Azərbaycan sənədli kino istehsalçıları tərəfindən çəkilmiş sənədli filmi görmək maraqlı olardı. Müstəqillik illəri ərzində bu şəhərdə nələr baş verib, o necə dəyişib? Deyirlər ki, Bakı Şərqin əsl mirvarisinə çevrilib.

Bizim həmyerlilərimizin necə yaşadıqlarını bilmək maraqlı olardı. Yeri gəlmişkən, mən bilirəm ki, azərbaycanlıların əksəriyyəti rusca aksentsiz danışır. Bu əladır! Bakı - beynəlmiləl şəhərdir, mən keçən əsrin 90-cı illərində sizdə olmuşam. Çox xoş xatirələrim qalıb. Ona görə, əgər Rusiya televiziyasında belə filmlər çıxsaydı, bu çox yaxşı olardı.

Əvvəllər, sovet dövründə sənədli kinonun sistemi vardı, Bakı, Kiyev, Minsk və başqa şəhərlərdə ittifaq kinostudiyaları vardı. Hər respublikanın kinostudiyası həmin respublikanın həyatı haqqında silsilə sənədli filmlər təqdim edirdi. İnsanlar bir-biri ilə bağlı idi. Bu, başqa respublikaların nümayəndələrinə hörmət, beynəlmiləlçilik, bir-birinin adətlərinə və mədəniyyətinə hörmət tərbiyə edirdi. İndiki kimi gərginlik yox idi. Moskvada, Novosibirsk, İrkutsk və başqa şəhərlərdə həyat haqqında rus filmlərini göstərmək də maraqlı olardı.

Azərbaycan və Rusiya televiziya studiyaları arasında mübadilə lazımdır. Deyək ki, Azərbaycan kanalında Rusiya haqqında, Rusiyada isə Azərbaycan haqqında veriliş yayımlanır.

- Müəyyən layihələrin reallaşdırılması üçün sizi Bakıya dəvət etsələr, gələrdinizmi?

- Əlbəttə, məmnuniyyətlə. Məsələ yalnız həmin səfərin tarixinin razılaşdırılmasından asılıdır (gülümsəyir - redaksiya.).

- Bəzən belə fikirlərsəslənir ki, Rusiya ilə Azərbaycan arasında informasiya əməkdaşlığının dərinləşməsi üçün hər iki ölkəni birləşdirənhansısa bir ciddi media qurumu yaratmaq lazımdır...

- Bilirsiniz, belə məsələlər bizim ölkələrimizin rəhbərliyi səviyyəsində həll edilir. Amma, əlbəttə, güclü Rusiya-Azərbaycan informasiya agentliyi yaratmaq maraqlı olardı, həmin agentlik Rusiyadan və Azərbaycandan çox yüksək səviyyədə qarşılıqlı xəbərlər verər, telekörpülər yaradardı.

Rusiya və Azərbaycan - müxtəlif və müstəqil dövlətlərdir. Mən bu dövlətləriyenidən birləşməyə çağırmıram. Amma biz qonşularıq, biz iqtisadi cəhətdən indi də bağlıyıq, yaxın gələcəkdə də bağlı olacağıq. Yaşlı nəsil yaxşı xatırlayır ki, biz vaxtilə bir ölkənin tərkibində olmuşuq. Mədəni əlaqələri, informasiya əlaqələrini kəsmək olmaz. Bu,qarşıdakı illərdə yarana biləcəkçətinliklərəbizim hamımızınsinə gərib dayanmığımıza imkan verəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR