“Putinin aşpazı”nın ölüm xəbər yayılıb
Beynəlxalq aləmdə “Putinin aşpazı” olaraq tanınan, Kremlin Ukrayna, Suriya, Afrika və Latın Amerikasında həyata keçirdiyi qaranlıq əməliyyatlara kuratorluq etdiyi deyilən, 2016-cı ildə ABŞ-da keçrilən prezident seçkilərində hakerlər vasitəsilə sosial şəbəkələrdə ictimaiyyətin rəyinin Donald Trampın xeyrinə dəyişdirilməsi ilə bağlı əməliyyata rəhbərlik etdiyi iddia olunan Yevgeni Priqojinin ölüm xəbəri yayılıb.
Bununla bağlı Ukraynanın “Obozrevatel” saytı xəbər edib. Sayt bəzi qaynaqlardan gələn məlumatlara əsasən, Yevgeni Priqojinin təyyarə qəzasında öldüyü ehtimalını səsləndirib.
Lakn milyarderin həlak olması ilə əlaqədar gələn informasiyalar olduqca ziddiyyətlidir. Məsələn “Readovka” saytı Yevgeni Priqojinin bu il oktyabr ayının 10-da, An-72 təyyarəsində, Konqoda həlak olduğunu yazıb. Bu sayt Priqojinə məxsus şirkətlər tərəfindən istihsal olunan keyfiyyətsiz qida məhsullarından zəhərlənən uşaqlar barədə məlumat verən ilk informasiya qaynaqlarından sayılır.
Rusiyalı milyarderin ətrafı və Sankt-Peterburqdakı ofisi şeflərinin əlaqəyə çıxmadığını söyləsələr də, onun aviaqəzada ölməsi xəbərinə inanmadıqlarını deyiblər.
Buna rəğmən Yevgeni Priqojinin Konqoda olması da istisna olunmur. Onun orada biznes maraqları var. Məsələn o, dəfələrlə “Vaqner” özəl hərbi şirkətinin Mərkəzi Afrika Respublikasındakı maraqları naminə bu ölkəyə səfər edib.
Xatırladaq ki, həmin ölkədə Rusiyanın hərbi mövcudluğunu araşdıran 3 jurnalist müəmmalı şəkildə qətlə yetirilib. (Musavat.com)
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət