Dərc edildi: Baxış sayı: 202
Putinə təqdim ediləcək: bu sazişlər dayandırılır
Rusiya üçün əlverişsiz olan beynəlxalq müqavilələrin denonsasiyası ilə bağlı təkliflər prezidentə təqdim olunacaq.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev bildirib.
"Bu iş ilk növbədə sistemləşdirilməlidir. Aydındır ki, bəzi elementlərdə bu, artıq görülməkdədir, lakin ümumiləşdirilməli və sistemləşdirilməlidir. Hesab edirəm ki, müvafiq təkliflər ortaya çıxanda prezidentə təqdim olunacaq. Rusiyanın Konstitusiyaya uyğun olaraq, əvvəllər bağlanmış beynəlxalq müqavilələrin denonsasiyası təşəbbüsü etmək hüququ var", - K.Kosaçev vurğulayıb.
O, həmçinin qeyd edib ki, hazırda Rusiyanın 15 mindən çox beynəlxalq müqaviləsi var.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət