Dərc edildi: Baxış sayı: 1091
Putinə İrəvanda şok sual: İşğaldakı torpaqlar…
Avrasiya İttifaqı Ali İqtisadi Şurasının toplantısı çərçivəsində Ermənistana səfər edən Rusiya Prezidenti Vladimir Putin gözlənilməz halla üzləşib.
Axar.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin İrəvanda Prezident Sarayına yollanarkən Rustavi-2 telekanalının jurnalisti ona yaxınlaşaraq sual ünvanlamağa çalışıb.
Prezidentə yaxınlaşmağa çalışsa da, buna müvəffəq ola bilməyən jurnalist bildirib: “2008-ci ildə üzərinizə götürdüyünüz öhdəlikləri nə zaman yerinə yetirəcəksiniz? Qoşunlar Gürcüstanın işğal altındakı torpaqlarından nə zaman çıxarılacaq?”
Jurnalistin bu sözlərinə Putin sakit şəkildə və təbəssümlə cavab verib:
“Biz həmişə sözümüzü tuturuq”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət