Dərc edildi: Baxış sayı: 655
Putinə görə Rustavi-2-dən istefalar başladı
Rusiya Prezidenti Vladimir Putinlə bağlı Rustavi-2-də yaranan insidentdən sonra kanalın bir sıra əməkdaşı televiziyadan ayrılmağa başlayıb.
Axar.az xəbər verir ki, bu məlumatı “Sputnik Gürcüstan” yayıb. Agentlik gedənlərdən birinin kanalın operatoru Levan Marqvelaşvili olduğunu, onun öz press-kartını dünən televiziya binası qarşısında keçirilən mitinqdə cırdığını bildirib.
Marqvelaşvili bu addımı özünün və ailəsinin təhqirlərə məruz qalmaması üçün atdığını deyib.
Kanalı tərk edənlər arasında həmçinin ölkənin ən reytinqli seriallarından birində çalışan Levan Rostomauli adlı şəxsin də yer aldığı vurğulanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət