Slimfit
  1. DÜNYA

Putindən texnologiya nəhənglərinə zərbə - Qərar

Putindən texnologiya nəhənglərinə zərbə - Qərar
Sakura

Putindən texnologiya nəhənglərinə zərbə - Qərar

Rusiya Prezidenti Vladimir Putin elektron avadanlıqlara qabaqcadan rus dilində proqram təminatının yazılmasını nəzərdə tutan qanunu təsdiqləyib.

Axar.az xəbər verir ki, bununla da rus proqram təminatı olmayan "texniki inkişaf etmiş avadanlıqlar”ın 2020-ci ilin iyulun 1-dən ölkə ərazisində satışına qadağa qoyulub. Həmin məhsulların siyahısını Rusiya hökuməti özü təyin edəcək.

Qanun layihəsinin smartfonlara, "smart” funksiyalı kompüter və televizorlara tətbiq olunacağı gözlənilir. Sənədin müəlliflərinin fikrincə, yeni sənəd Rusiyanın biznes maraqlarını müdafiə edir.

Xatırladaq ki, sözügedən qanuna daha əvvəl "Əpl" (Apple), "Samsunq" (Samsung) və Huavey (Huawei) kimi texnologiya nəhəngləri qarşı çıxmışdı.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Curiosity yeni ərazi üzərində (06.03.2019)

Redaktor seçimi

SON XƏBƏRLƏR