Slimfit
  1. DÜNYA

Putindən maraqlı Yeni il təbriki: Valideyinlərimiz sağ olsun...

Putindən maraqlı Yeni il təbriki: Valideyinlərimiz sağ olsun...
Sakura

Putindən maraqlı Yeni il təbriki: Valideyinlərimiz sağ olsun...

Biz həyəcanlı, dinamik, ziddiyyətli bir dövrdə yaşayırıq. Ancaq Rusiyanın uğurla inkişafı, həyatımızda hər şeyin yaxşılığa doğru dəyişməsi üçün əlimizdən gələni edə bilərik və etməliyik.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Yeni il münasibətilə rus xalqına müraciətində deyib. O, rus birliyinin önəmindən danışıb:

“Şəxsi planlarımız, xəyallarımız Rusiyadan ayrılmazdır. Bu günümüz və gələcəyimiz, övladlarımızın gələcəyi hər birimizin səylərindən və töhfələrindən asılıdır. Bu gün cəmiyyətin və ölkənin qarşısındakı vəzifələri birlikdə həll edəcəyik. Birliyimiz ən yüksək hədəflərə çatmaq üçün əsasdır. Bu dəyərləri bizə qəhrəman, yenilməz, qaliblər nəslindən olan babalarımız ötürüb.

Gələn il Böyük Vətən müharibəsində qazanılan qələbənin 75-ci ildönümünü qeyd edəcəyik. Cəbhədə vuruşan və cəbhə arxasında çalışan sizlərin, yaşlı nəsil insanlarımızın, bizim üçün, vətənimizin gələcəyi üçün ən çətin sınaqlardan keçən hər kəsin Yeni ilini ürəkdən təbrik edirəm, qarşınızda hörmətlə baş əyirəm”.

Putin insanlar arasında mehribanlığın və səmimiyyətin önəmini xüsusi vurğulayıb:

“Hər zaman Yeni ili qarşılamaq üçün əvvəlcədən hazırlıq görürük. Və çox şeyə baxmayaraq insani münasibətləri, dostluq rabitəsini hər şeydən üstün tuturuq. Digərləri üçün vacib şeylər etməyə, dəstəyimizə ehtiyacı olanlara yardım etməyə, hədiyyələr və marağımızla onları sevindirməyə çalışırıq. Yeni il gününün əsl sehrləri bu cür intim impulslarda, düşüncələrin saflığında özünü göstərir. İnsanların ən yaxşı xüsusiyyətlərini ortaya qoyur, sevinc və təbəssümlə dolduraraq dünyanı dəyişdirir.

Təmiz Yeni il duyğuları, gözəl təəssüratlar uşaqlıqdan bəri içimizdə yaşayır və hər il sevdiklərimizi, valideynlərimizi qucaqladığımız, uşaqlarımız və nəvələrimiz üçün sürprizlər hazırladığımız, onlarla birgə şam ağaclarını bəzədiyimiz, karton fiqurları, toplar və bəzək işıqlarını çıxardığımız zaman geri qayıdır. Bəzən köhnəlmiş, ancaq çox sevilən ailə oyuncaqları içindəki səmimiyyəti gənc nəsillərə ərmağan edər. Əlbəttə ki, hər ailənin Yeni il ənənələri var, ancaq hər kəsi birləşdirən şey yaxşılıq və mehribanlıq atmosferidir”.

Putin təbrikində ailə və uşaqların vacibliyinə diqqət çəkib:

“Qarşılıqlı anlaşmanın xoşbəxtliyi evinizdə əbədi məskunlaşsın, bütün çətinliklərin öhdəsindən gəlməyinizə kömək etsin, nəsilləri gücləndirsin. Valideynlər sağ olsun və hər zaman diqqətimizi hiss etsin, hər bir uşaq ən çox sevilən şəxs olduğunu anlasın. Dostlar, Yeni il artıq qapıdadır. Bir-birimizə və vətəndaşımıza sülh, sağlamlıq və rifah diləyirəm. Bayramınız mübarək, yeni 2020 iliniz mübarək olsun”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR