Slimfit
  1. DÜNYA

Putindən koronavirus açıqlaması – “Qarşıdakı 2-3 ay ərzində...”

Putindən koronavirus açıqlaması – “Qarşıdakı 2-3 ay ərzində...”
Sakura

Putindən koronavirus açıqlaması – “Qarşıdakı 2-3 ay ərzində...”

Rusiya prezidenti Vladimr Putin dünən üçün nəzərdə tutulan Sankt-Peterburqda iş adamları ilə görüşünü bu gün həyata keçirib.

Publika.az xəbər verir ki, ötən gün canlı efirdə xalqa müraciət etməsi səbəbindən görüşünü təxirə salan Putin bugünki toplantıda vacib açıqlamalar verib. Rusiyada koronavirusa qarşı böyük mübarizənin aparıldığını vurğulayan Putin baş verən pandemiyanın dünya iqtisadiyyatını, xüsusilə neft bazarını çökdürdüyünü deyib:

“Mən tibb nümayəndələri ilə tez-tez danışıram. Onlar var gücləri ilə çalışırlar və 2-3 ay ərzində bu virusa qarşı daha güclü müqavimətə sahib olacaqlarını deyirlər. Amma mən bu virusun daha qısa müddətdə tamamilə məhv ediləcəyini düşünürəm”.

Qeyd edək ki, iş adamları ilə görüş zamanı Rusiya Prezidenti fransalı həmkarı Emanuel Makronla telefonla danışmalı olub. Rəsmi Moskva telefon danışığının mövzusu bardə hələlik məlumat yaymayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Belçikada göy meşə.

Redaktor seçimi

SON XƏBƏRLƏR