Dərc edildi: Baxış sayı: 506
Putindən kömək istəyəcəyik - Serbiya
Serbiya Prezidenti Aleksandr Vuçiç rusiyalı həmkarı Vladimir Putin ilə keçirəcəyi görüşdə ondan Kosovodakı vəziyyəti dəyərləndirməyi və beynəlxalq səviyyədə dəstək istəməyi planlaşdırır.
Axar.az xəbər verir ki, bu barədə Vuçiç özü Rusiya mediasına açıqlamasında bildirib. O qeyd edib ki, iki gün sonra Putinlə görüşəcək:
"Serbiya üçün bütün vacib məsələlər barədə danışacağıq. Əlbəttə, Kosovo və Metohiyadaki vəziyyət prioritet olacaq. Prezident Putini hər şeydən xəbərdar edəcəyik və bütün beynəlxalq forumlarda dəstəyini istəyəcək, tövsiyəsinə qulaq asacağıq".
Qeyd edək ki, ötən gün Vuçiç Kosova böhranı ilə bağlı orduya tam döyüş hazırlığı barədə əmr verib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət