Dərc edildi: Baxış sayı: 588
Putin Zelenskiyə bu cür yanaşır - Peskov
Rusiya Prezidenti Vladimir Putin Ukraynaya münasibətdə gözləmə mövqeyi tutur. Çünki hələ də Ukrayna Prezidenti Vladimir Zelenskinin Minsk razılaşmalarının reallaşmasına necə münasibət göstərəcəyi bilinmir.
Axar.az xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Siz bilirsiniz ki, Prezident Putin Ukraynanın yeni liderini qiymətləndirmək üçün ən yaxşı kriteriyanın Rusiya-Ukrayna gündəmində duran əsas məsələlərə yanaşması olduğunu söyləyib. Zelenskinin hələ də Minsk razılaşmalarına necə yanaşacağı ilə bağlı fikir mövcud deyil. Buna görə də Putin gözləmə mövqeyi tutur”, - Peskov bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət