Dərc edildi: Baxış sayı: 378
Putin Ukraynaya “Milad sürprizi” hazırlayır
Rusiya hücuma keçməyə qərar verərsə, Ukraynanın Milad bayramını məhv edə bilər.
Ens.az Axar.az-a istinadən xəbər verir ki,bu sözləri Estoniya ordusunun keçmiş rəhbəri, Avropa Parlamentinin üzvü və istefada olan general Riho Teras ERR TV-yə deyib.
“Ukraynanın gücü tükənmək üzrədir. Rusiyada da o qədər çox şey yoxdur, ancaq Milad hücumu üçün kifayət edə bilər”, - bildirib.
Teras hesab edir ki, Moskva Ukraynaya hərbi təzyiqi əhəmiyyətli dərəcədə artırıb və qarşıda iki çox vacib həftə var:
“Əgər cəbhə dağılsa və Rusiya hansısa böyük məskunlaşan ərazini tutsa, bu, bütün dünya üçün pis siqnal olacaq”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət