Slimfit
  1. DÜNYA

Putin üçün risk: Köhnəlmiş əməliyyat sistemindən istifadə edir

Putin üçün risk: Köhnəlmiş əməliyyat sistemindən istifadə edir
Sakura

Putin üçün risk: Köhnəlmiş əməliyyat sistemindən istifadə edir

 

Rusiya agentləri beynəlxalq haker hücumlarında ittiham edilir. Ancaq kimsə Rusiya Prezidenti Vladimir Putinə kiber təhlükəsizliyin vacibliyi barədə məlumat verməyi açıq şəkildə unudub.

Bu barədə Böyük Britaniyanın nüfuzlu “The Guardian” nəşri yazıb.

İddia olunur ki, 67 yaşlı Vladimir Putin köhnəlmiş “Microsoft Windows XP” əməliyyat sistemini Kremldəki ofisindəki kompüterlərdə istifadə edir.

“Microsoft” “Windows XP” və “Office 2003” üçün müntəzəm təhlükəsizlik yeniləmələrini 2014-cü ilin aprelində dayandırıb.

“Rusiya hökumət dairələri Putinə “Microsoft 10”un daha yeni versiyasına keçməsinə imkan vermir”, - deyə məqalədə yazılıb.

“Open Media” saytının Müdafiə Nazirliyinin sənədlərinə istinadən verdiyi məlumata görə, “Windows 10”un daha modern versiyalarından biri yalnız dövlət sirri olmayan cihazlar üçün təsdiqlənib.  

“Ancaq görünür ki, bu, Putinin kompüterlərinə aid deyil”,- deyə iddia olunur.

Aqşin Kərimov

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli bəstəkarlar Müslüm Maqomayev və Üzeyir Hacıbəyov bacanaq olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR