Slimfit
  1. DÜNYA

Putin Trampla birlikdə bəyanat yaydı - Kreml

Putin Trampla birlikdə bəyanat yaydı - Kreml
Sakura

Putin Trampla birlikdə bəyanat yaydı - Kreml

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidentləri Donald Tramp Elba çayı üzərindəki körpüdə tarixi görüşün 75 illiyi münasibətilə ortaq bəyanat yayıb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Kremlin mətbuat xidməti yayıb.

Bəyanatda "25 aprel, Elba çayı üzərindəki körpüdə əl sıxan sovet və amerika əsgərləri. Bu hadisə nasist rejimin həlledici məğlubiyyətinin xəbərçisidir", - deyə bildirilib.

Həmçinin bəyanatda o da qeyd edilib ki, "Elba ruhu" Moskva və Vaşinqtonun ziddiyyəti bir kənara qoyaraq, inam qura bilməsinin və ortaq məqsəd üçün əməkdaşlıq nümunəsidir:

"Bu gün 21-ci əsrin ən ciddi çətinliklərinə qarşı mübarizə apararaq, faşizmi məğlub etmək üçün birlikdə mübarizə aparanların qəhrəmanlığına və cəsarətinə hörmətlə yanaşırıq. Onların qəhrəmanlıqla apardığı mübarizəsi heç vaxt unudulmayacaq".

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR