Dərc edildi: Baxış sayı: 536
Putin Tiflis savaşından ilhamlandı - KQB generalı
2008-ci il Gürcüstan müharibəsindən sonra Vladimir Putin müharibəni öz xarici siyasət hədəflərinə çatmaq üçün istifadə etməyə çalışıb.
Axar.az xəbər verir ki, bunu “Obozrevatel” saytına müsahibəsində Dövlət Təhlükəsizlik Komitəsinin ehtiyatda olan generalı Aleksey Kondaurov deyib.
“Putin hər zaman SSRİ-nin çöküşünü ən böyük geosiyasi fəlakət sayıb, həmçinin keçmiş postsovet respublikalarını, o cümlədən Gürcüstan və Ukraynanın Rusiyanın təsir sferasında olması gərəkdiyini düşünür. Bu ideyanı o, hər kəsin beyninə yeritməyə cəhd edib. Gürcüstan konflikti onun özünə güvənini artırdı. Ona görə də Maydandan sonra o, Ukraynanın uzaqlaşdığını anladı və Krımı anneksiya etdi”, – deyə o bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət