Dərc edildi: Baxış sayı: 660
Putin seçki məntəqəsində birdəfəlik qələmdən istifadəyə məcbur edildi
Rusiya Prezidenti Vladimir Putin RF Elmlər Akademiyasının binasında yerləşən seçki məntəqəsində birdəfəlik qələmdən istifadəyə məcbur edilib.
Müvafiq video “RİA Novosti”nin “Telegram” kanalında yayımlanıb.
Xatırladaq ki, bu gün Rusiyada Konstitusiyaya düzəlişlərlə bağlı ümumxalq səsverməsinin final mərhələsi keçirilir. Seçki məntəqəsinə daxil olarkən temperatur ölçülür, birdəfəlik əlcəklər, maska və qələm verilir. Belə tədbirlər koronavirusun yayılmasının qarşısını almaq üçün görülüb.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət