Slimfit
  1. DÜNYA

Putin: “Rusiyada koronavirus təhlükəsi hələ tam sovuşmayıb”

Putin: “Rusiyada koronavirus təhlükəsi hələ tam sovuşmayıb”
Sakura

Putin: “Rusiyada koronavirus təhlükəsi hələ tam sovuşmayıb”

“Rusiyada yeni növ koronavirus infeksiyası (COVID-19) ilə mübarizə tədbirləri çərçivəsində on minlərlə insanın həyatı xilas edilib”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin ölkə əhalisinə müraciətində deyib. 

COVID-19 pandemiyası başlayan dövrdən ölkədə görülən tədbirlərin nəticələrindən danışan Rusiya lideri ölkə əhalisinə təşəkkür edib: “Rusiyada qeyri-iş günləri vaxtında və əsaslı şəkildə elan olunmuşdu. Bu, insanların həyatını xilas edib. Rusiyalılara pandemiyanın ən təhlükəli dövrünü layiqli keçirdiklərinə görə təşəkkürümü bildirirəm”. 

V. Putin ölkədə koronavirus təhlükəsinin hələ tam sovuşmadığını da vurğulayıb: “Nə qədər ki, koronavirusa qarşı həqiqi peyvəndin istehsalına başlanılmayıb, rusiyalıları diqqətli və ehtiyatlı olmağa çağırıram”.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR