Slimfit
  1. DÜNYA

Putin: “Rusiya Belarusdakı seçkinin nəticələrini tanıyır”

Putin: “Rusiya Belarusdakı seçkinin nəticələrini tanıyır”
Sakura

Putin: “Rusiya Belarusdakı seçkinin nəticələrini tanıyır”

“Rusiya Belarusdakı prezident seçkilərinin legitimliyini, Lukaşenkonu isə onun qalibi olaraq tanıyır”.

Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.

“ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunun Belarusdakı seçkilərə gəlməməsi təşkilatın mövqeyinin öncədən hazır olduğuna dair əsas yaradır”, - ölkə başçısı vurğulayıb.

Xatırladaq ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. İllər sonra ölkədə böyük maraqla qarşılanan seçkilərdə, yekun nəticələrə görə, hazırkı Prezident Aleksandr Lukaşenko 6-cı dəfə qalib olub. Bunun nəticəsində ölkənin bir sıra bölgələrində kütləvi dinc etirazlar başlayıb. Polislə qarşıdurmaya çevrilən nümayişlərdə minlərlə insanın saxlanıldığı, 2 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilib. Müxalifətdən olan A.Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya güc strukturlarına müraciət edərək xalqa qarşı güc tətbiq etməməyə çağırıb. Seçkilərdən 2 gün sonra S.Tixanovskaya təhlükəsizlik məqsədilə ölkəni tərk edərək Litvaya üz tutub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR