Dərc edildi: Baxış sayı: 610
Putin Qırmızı meydanda hokkey oynadı
Rusiya prezidenti Vladimir Putin "Gecə hokkey liqası"nın yoldaşlıq görüşündə iştirak edib.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, qarşılaşma Dövlət Universal Mağazasının Qırmızı meydanda yerləşən buz meydançasında baş tutub.
Komandaların heyətində prezidentlə yanaşı müdafiə naziri Sergey Şoyqu, hokkeyin şöhrətli veteranları Aleksey Kasatonov, Pavel Bure və Vyaçeslav Fetisov da buz üzərinə çıxıblar.
Putin və Şoyqunun rəhbərlik etdiyi peşəkar komanda rəqibi 14:10 hesabı ilə məğlub edib.
Qeyd edək ki, “Gecə liqası” 2011-ci ildə Putinin və veteran hokkeyçilərin dəstəyi ilə təşkil edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət