Putin Qətər əmiri və Abu Dabi vəliəhdi ilə Liviyadakı vəziyyəti müzakirə edib
Rusiya prezidenti Vladimir Putin Qətər əmiri və Abu Dabinin vəliəhdi ilə Liviyadakı vəziyyəti müzakirə edib. APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb .
Bildirilib ki, Putin Qətər əmiri Tamim Ben Hamad Əl Tani və Abu Dabinin vəliəhdi , Birləşmiş Ərərb Əmirliklərinin Silahlı Qüvvələrinin ali baş komandanın müavini Məhəmməd Əl Nahayanla telefon danışığı zamanı Liviyadakı vəziyyəti müzakirə edib, yanvarın 8-də İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlarının nəticələri barədə onları məlumatlandırıb. Danışıqlarda Liviyada tezliklə atəşkəsə istiqamətlənən səylərin aktivləşməsi və münaqişə tərəfləri arasında sülhün əldə olunmasının vacibliyi vurğulanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət