Putin Polad Bülbüloğlunu təbrik etdi
Rusiya prezidenti Vladimir Putin Azərbaycanın Rusiyadakı səfiri Polda Bülbüloğlunu 75 illik yubileyi münasibətilə təbrik edib.
Modern.az xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında məlumat yerləşdirilib.
“75 illik yubileyiniz münasibətilə mənim ən səmimi təbriklərimi qəbul edin. Uzun illər siz ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin, məhsuldar əməkdaşlığın inkişafına böyük töhfə vermisiniz. Və əlbəttə ki, Rusiyada sizin parlaq bəstəkar, müğənni və aktyor istedadınızı yüksək qiymətləndirir, yaradıcılığınızı səmimi sevirlər”.
Prezident Polad Bülbüloğluna can sağlığı, xoşbəxtlik və uğurlar arzulayıb.
Polad Bülbüloğlu 1945-ci il fevralın 4-də Bakıda Azərbaycan professional vokal məktəbinin yaradıcısı Murtuza Məmmədovun (Bülbül) ailəsində anadan olub. O 1988-2006-cı illərdə Azərbaycanın mədəniyyət naziri, 2006-cı ildən isə Azərbaycanın Rusiyadakı səfiri kimi çalışır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət