Slimfit
  1. DÜNYA

Putin onu təhqir edən gürcü jurnalist haqda danışıb

Putin onu təhqir edən gürcü jurnalist haqda danışıb
Sakura

Putin onu təhqir edən gürcü jurnalist haqda danışıb

“Hər hansı cinayət işi başlamaq onun üçün böyük şərəf olar”.

APA-nın Moskva bürosunun xəbərinə görə, bunu Rusiya prezidenti Vladimir Putin Gürcüstanda “Rustavi 2” telekanalının aparıcısına cinayət işi açılması ilə bağlı səslənən fikirlərə münasibət bildirərkən deyib.

“Qoy, o, bundan sonra da işləsin”,  - deyə V. Putin vurğulayıb.

Qeyd edək ki, bu günlərdə “Rustavi 2” telekanalının aparıcısı Girogi Qabunia aparıcısı olduğu verilişdə Rusiya prezidenti Vladimir Putinin ünvanına təhqiramiz ifadələr işlədib. Bundan sonra telekanalın binasının qarşısında etiraz aksiyası keçirilib və yayımının dayandırılması tələb edilib. Aksiya səbəbi ilə baş direktor Nika Qvaramia  yayımının dayandırıldığını bəyan edib. Daha sonra telekanal yayımını bərpa edib. Aparıcı Giorgi Qabunianın 2 ay müddətinə kanalın efirindən uzaqlaşdırılmasına qərar verilib. Bundan başqa, aparıcının telekanalın efirində yayımlanan istənilən proqramda iştirakı da qadağan edilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR