Dərc edildi: Baxış sayı: 709
Putin narahatdır: Bu raketlər Avropada yerləşdirilsə...
Sınaqdan keçirilmiş “Tomahavk” raketlərinin Polşa və Rumıniyada yerləşdiriləcəyindən narahatam.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
“Məni narahat edən nədir? Bu, sınaqdan keçirilən raketdir. Pentaqonun “Tomahavk” adlandırdığı dəniz bazalı raket... Artıq onu quruda da quraşdırmağa başlayıblar. Bu raketlərin artıq Rumıniyada quraşdırılmasına başlanılıb. Yaxın gələcəkdə Polşaya da gətiriləcək. Yalnız proqramı dəyişdirmək kifayətdir”, - deyə Kreml rəhbəri bildirib.
Qeyd edək ki, bir neçə gün öncə ABŞ 500 km-lik mənzilə sahib raketi sınaqdan keçirmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət