Slimfit
  1. DÜNYA

Putin Merkel ilə telefonla danışdı – Liderlər nəyi müzakirə etdilər?

Putin Merkel ilə telefonla danışdı – Liderlər nəyi müzakirə etdilər?
Sakura

Putin Merkel ilə telefonla danışdı – Liderlər nəyi müzakirə etdilər?

Çərşənbə axşamı Almaniya kansleri Angela Merkel və Rusiya prezidenti Vladimir Putin telefonla danışıblar.

Ens.az KONKRET.az-a istinadən xəbər verir ki, liderlər Belarusdakı hadisələri müzakirə ediblər. Məlumatı Almaniya hökumətinin mətbuat xidməti yayıb.

“Kansler Angela Merkel bu gün Rusiya Prezidenti Vladimir Putin ilə telefon danışığı etdi. 9 avqustda keçirilən prezident seçkilərindən sonra Belarusdakı vəziyyət müzakirə edildi. Kansler Belarus hökumətinin dinc nümayişçilərə qarşı zorakılıq tətbiq etməkdən çəkinməsini, siyasi məhbusları dərhal azad etməyin vacibliyini və milli dialoqa başlamağın lazım olduğunu söylədi” deyib.

Daha sonra söhbətin təfərrüatları barədə Kremldə məlumat verilib:

“Prezident seçkilərindən sonra Belarusdakı vəziyyət hərtərəfli nəzərdən keçirildi. Rusiya tərəfi böhranın daha da kəskinləşməsinə səbəb olan respublikanın daxili işlərinə qarışmaq üçün edilən hər hansı bir cəhdin yolverilməz olduğunu vurğuladı. Liderlər vəziyyətin erkən normallaşacağına ümid etdiklərini ifadə etdilər”.

Qeyd edək ki, Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko həftə sonu kütləvi etirazlar fonunda iki dəfə zəngləşiblər.

Lukaşenkonun sözlərinə görə, Rusiya Belarusun təhlükəsizliyini təmin etmək üçün yardım göstərəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR