Dərc edildi: Baxış sayı: 502
Putin Makronla Ukraynanı müzakirə etdi
Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla telefon danışığı aparıb.
Axar.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat xidməti məlumat yayıb.
Söhbətin əsas mövzusu Ukraynadakı situasiya ilə bağlı olub.
Liderlər ilk növbədə “35-in 35-ə” formatı çərçivəsində bərabər zamanda ukraynalı və rusiyalı girovların sərbəst buraxılması ilə bağlı humanitar aksiyanı müsbət dəyərləndiriblər.
Onlar, həmçinin, Donbasdakı münaqişənin tənzimlənməsi ilə bağlı gələcək addımları müzakirə ediblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət