Dərc edildi: Baxış sayı: 283
Putin: “Lukaşenkonun qələbəsi ilə razılaşmayanların mütləq dürüstlüyünə şübhə etməyə əsas var”
Rusiya Prezidenti Vladimir Putin Belarusdakı prezident seçkilərinin legitimliyini və Aleksandr Lukaşenkonun qələbəsini tanıdığını açıqlayıb.
Mk.ru xəbər verir ki, o, “Mən Aleksandr Qriqoriyeviç Lukaşenkonu qələbəsi münasibətilə təbrik etdim... Bu qədər”, - deyib.
Rusiya lideri qeyd edib ki, ATƏT-in (Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun avqustun 9-da seçkilərə müşahidəçi göndərməkdən imtina etməsi qurumun mövqeyinin əvvəlcədən hazırlandığı şübhəsini doğurur.
Buna görə də Lukaşenkonun qələbəsi ilə razılaşmayanların mütləq dürüstlüyünə şübhə etməyə əsas var.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət