Dərc edildi: Baxış sayı: 519
Putin Lavrovun müavinini işdən çıxardı
Rusiya prezidenti Vladimir Putin XİN başçısının müavini Qriqori Karasini vəzifəsindən azad edib.
Prezidentin sərəncamı Kremlin rəsmi saytında dərc edilib.
Karasinin yerinə xarici işlər nazirinin müavini vəzifəsinə Yevgeni İvanov təyin edilib.
Q. Karasin 2005-ci ildən XİN başçısının müavini vəzifəsində çalışıb. XİN-də o, MDB dövlətləri ilə əlaqələrə və başqa sahələrə cavabdeh olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət