Slimfit
  1. DÜNYA

Putin koronavirusa qarşı peyvəndə başlamağın əsas şərtini açıqladı

Putin koronavirusa qarşı peyvəndə başlamağın əsas şərtini açıqladı
Sakura

Putin koronavirusa qarşı peyvəndə başlamağın əsas şərtini açıqladı

Rusiya Federasiyası əhalisini koronavirusa qarşı vaksinasiyasına başlamaq üçün əsas tələb peyvəndin təhlükəsizliyinə və effektivliyinə mütləq inamdır. 

Ens.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ölkədəki sanitar-epidemioloji vəziyyətə dair iclasda söyləyib. Onun sözlərinə görə, peyvəndə mütləq inam olmalıdır.

Putin peyvəndin hazırlanması və tətbiq edilməsi işində bütün lazımi qayda və reqlamentlərə uyğun olaraq çox diqqətlə hərəkət etməyə çağırıb. Ayrıca, Rusiya elmi quruluşlarının peyvəndi inkişaf etdirməkdə "irəliləmiş" olduğunu və bəzi kəşflərin hələ mediaya bildirilmədiyini deyib.

Bundan əlavə, Putin hökumətdən yerli əczaçılıq şirkətləri ilə birlikdə Rusiyadaxili bazara dərman vasitələrinin, o cümlədən koronavirusa qarşı köməkçi dərmanların verilməsinin etibarlılığına nəzarət edilməsini tapşırıb. Onun sözlərinə görə, bu cür dərmanlar Rusiyada mövcuddur, onların istehsalına başlanıb. "Tələb olunan həcmi təmin etməliyik", - deyə Putin fikrini tamamlayıb. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala müharibələri, 1915 İbadət üçün düzəldilmiş məscid və güllə qutularından hazırlanan minbər

Redaktor seçimi

SON XƏBƏRLƏR