Putin: ''KamAZ' Gəncə avtomobil zavodunda lisenziyalı yük maşınlarının buraxılmasını qaydaya salıb'
“İlham Heydər oğlu ilə müzakirə etdiyimiz bir neçə uğurlu birgə layihəni xatırladım. Məsələn, “KamAZ” Gəncə avtomobil zavodunda lisenziyalı yük maşınlarının buraxılmasını və onlara xidmət göstərilməsini qaydaya salıb. Rusiyanın “R-Farm” şirkəti 2019-cu ildə Azərbaycanda açılacaq dərman preparatlarının istehsalı müəssisəsinin tikintisinə 74 milyon dollar sərmayəyatırıb".
Bunu Rusiya Prezidenti Vladimir Putin Soçidə Azərbaycan Prezidenti İlham Əliyevləkeçirdiyi birgə mətbuat konfransında çıxışə zamanı deyib.
""Qazprombank" Sumqayıt Kimya-Sənaye Parkının inkişafında iştirak edir. Sərmayənin həcmi təqribən 750 milyon dollar təşkil edir. Qərbi Avropa bazarlarını Asiya istehsalçıları ilə birləşdirəcək beynəlxalq Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasını ən perspektivli layihələrdən biri hesab edirik. Bu dəhliz Cənubi Asiya və Yaxın Şərqdən İran vasitəsilə Avropaya yük daşımalarını xeyli sürətləndirməyə imkan verəcək. Bu arteriyanın ümumi uzunluğu 7 min kilometrdən artıqdır. Buraya dərmir yolu, bərə və avtomobil nəqliyyatı yolları daxildir. Həm də Şimal-Cənub dəhlizinin xeyli hissəsi Rusiya və Azərbaycan ərazisindən keçəcək. Qeyd edim ki, marşrutun ayrı-ayrı hissələri üzrə iş artıq aparılır. Gələn il ölkələrimiz Samur sərhəd çayı üzərindən körpünün tikintisini başa çatdırmaq niyyətindədir. Regionlararası əməkdaşlıq mövzusunu da müzakirə etdik. Rusiya Federasiyasının 70-dən artıq subyekti Azərbaycanla iqtisadi əlaqələr saxlayır. Həm də onlardan 17-si ticari-iqtisadi və elmi-texniki əməkdaşlıq barədə Çərçivə sazişləri bağlayıb. Bu ilin oktyabrında növbəti regionlararası forum keçiriləcək. Bayaq müzakirə etdik ki, bu tədbir Gəncədə planlaşdırılmışdı, amma ola bilər dostlarımız bunu Bakıda təşkil etsinlər”, – Vladimir Putin bildirib.
Mənbə: Gəncəninsəsi.com
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət