Putin Ərdoğanla Liviya və Suriyadakı vəziyyəti müzakirə etdi
Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Bu barədə Kremlin mətbuat xidmətindən bildirilir.
Onlar Liviya və Suriyadakı vəziyyəti müzakirə ediblər.
“Əsas diqqət Liviya böhranına yönəldilib. Berlin Konfransı və BMT (Birləşmiş Millətlər Təşkilatı) Təhlükəsizlik Şurasının 2510 saylı qətnaməsinə uyğun olaraq, atəşkəsin dayandırılması və birbaşa danışıqların başlanması üçün müharibədə qarşı olan tərəflərin real addımlarına ehtiyac duyulduğu yenidən qeyd edilib”, - deyə Kremlin mətbuat xidmətindən bildirilib.
Hər iki ölkə başçısı həmçinin terrorizmlə mübarizədə birgə səylərinin gücləndirilməsini vurğulayaraq Suriyadakı vəziyyəti müzakirə ediblər.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət