Slimfit
  1. DÜNYA

Putin Ərdoğanla Əsədin Moskvada görüşməsinə şərait yarada bilər - Media

Putin Ərdoğanla Əsədin Moskvada görüşməsinə şərait yarada bilər - Media
Sakura

Putin Ərdoğanla Əsədin Moskvada görüşməsinə şərait yarada bilər - Media

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriya lideri Bəşər Əsəd arasında Moskvada keçiriləcək görüşə hazırlıq Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə mümkün səfərinin hədəfləri arasında ola bilər.

Ens.az Bizimyol.info-a istinadən xəbər verir ki,bu fikirləri "habertürk"ün köşə yazarı Çetiner Çetin "X" (keçmiş "Twitter") səhifəsində qeyd edib.

O yazır ki, Türkiyə “Dəməşq rəhbərliyi ilə münasibətlərində yeni səhifə açır”. Antalyadakı diplomatik forumda açıq müzakirələr fonunda pərdəarxası diplomatiya, onun təbirincə, “digər problemləri qətiyyətli tədbirlərlə həll etməyə” çalışır.

Jurnalistin qeyd ediyinə görə, Putin, Ərdoğan və Əsəd arasında Moskvada danışıqları təşkil etmək və belə bir görüşün tarixini təyin etmək üçün tezliklə Türkiyəyə gələcək.

Ərdoğanın fevralın 26-da deyib ki, telefon danışığı zamanı Rusiya lideri ona Türkiyə səfərini təxirə salmayacağını bildirib. Bununla belə, o qeyd edib ki, belə bir səfər çox yaxın gələcəkdə müzakirə olunmur.

Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Rusiya və Türkiyə dövlət başçılarının təmaslarına ən yüksək səviyyədə hazırlıq gedir, lakin görüşə qədər liderlərin ünsiyyət əlaqəsi nəzərdə tutulmayıb. Rusiyada mart seçkiləri, öz növbəsində martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçiriləcək və ona hazırlıqlar intensiv şəkildə aparılır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğun və Nazim Hikmət, Moskva, 1949-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR