Dərc edildi: Baxış sayı: 526
Putin bu gün rekord qırmağa hazırlaşır
Rusiya Prezidenti Vladmir Putin bu gün yerli və xarici media mənsubları üçün ənənəvi geniş mətbuat konfransı keçirəcək.
Axar.az xəbər verir ki, dövlət başçısının builki konfransına rekord sayda KİV nümayəndəsinin qatılacağı gözlənilir.
Konfrans üçün ötənilkindən (1702 nəfər) daha çox - 1895 nəfər qeydiyyatdan keçib. Tədbir yenə Moskvadakı Beynəlxalq Ticarət Mərkəzində baş tutacaq.
Qeyd edək ki, bu, sayca 15-ci belə mətbuat konfransı olacaq. Ötən illərdə Putin 2 sutkaya (47 saat) yaxın vaxtını bu formatda jurnalistlərlə ünsiyyətə həsr edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət