Dərc edildi: Baxış sayı: 430
Putin: “Belarusda Rusiya qüvvələrinə ehtiyac yoxdur”
“Belarusda Rusiya qüvvələrinə hələlik ehtiyac yoxdur. Ümid edirəm ki, olmayacaq da. Bununla həm Moskvada, həm də Minskdə razıdırlar”.
Ens.az “Report”-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin söyləyib.
“Rusiyanın təhlükəsizlik sahəsində Belarus qarşısında öhdəlikləri var, Lukaşenko bu məsələni qaldırmışdı”, - o vurğulayıb.
Ölkə başçısının sözlərinə görə, Belarusda durum hazırda tarazılaşır.
V.Putin bildirib ki, Belarus üçün hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət ehtiyat hazırlanıb.
O həmçinin Belarusdakı güc strukturlarının fəaliyyətini qiymətləndirib: “Belarusun hüquq-mühafizə orqanları özlərini yetərincə təmkinli aparırlar”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət