Putin Bakı ilə bu əlaqələrdən niyə razıdır?
Putin Azərbaycanla Rusiya arasındakı iqtisadi və ticari əməkdaşlıqdan razıdır.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya prezidentinin Bakıya səfəri ilə bağlı danışan politoloq politoloq Elxan Şahinoğlu deyib. Siyasi şərhçi Vladimir Putinin Azərbaycana səfərinin sırf iqtisadi əməkdaşlıqla bağlı olduğunu bildirib:
“Putin gələn ay yenə Bakıya səfər edəcək. O, Rusiya və Azərbaycan prezidentlərinin himayəsi altında növbəti Humanitar Forumda iştirak edəcək. Putin iki ölkə arasındakı iqtisadi və ticari əməkdaşlıqdan razıdır və bu baxımdan mövcud vəziyyəti əks etdirən faktorlar var: Azərbaycan Rusiya ilə birgə Şimal-Cənub nəqliyyat dəhlizini reallaşdırır, Samur çayı üzərindən Azərbaycanı Dağıstanla birləşdirəcək körpünün tikintisi ilə bağlı razılıq var, Xəzərdə Azərbaycan və Rusiya limanlarını birləşdirəcək kruiz səyahətləri həyata keçiriləcək, “Rosneft” və SOCAR “Qoşadaş” neft-qaz yatağının kəşfiyyatına və mənimsənilməsinə başlayacaq, Azərbaycan milli aviaşirkəti Rusiyanın müxtəlif şəhərlərinə həftədə 50-dən çox reys həyata keçirir, Rusiyadan Azərbaycana gələn turistlərin sayı artır, 9 ay ərzində 700 minədək rusiyalı Azərbaycanı ziyarət edib, Rusiya ilə əməkdaşlıq sayəsində Azərbaycanda artıq “KamAZ”, “Ural” avtomobilləri buraxılır, Rusiyanın 20-yə yaxın subyektinin Azərbaycanla müvafiq razılaşmaları var, Rusiyanın regionlarının Azərbaycanda ticarət nümayəndəlikləri açılır və s.”
Politoloq qeyd edib ki, Rusiya Azərbaycanla iqtisadi-ticari əməkdaşlığı genişləndirmək, birgə layihələr reallaşdırmaq istəyir:
“Rusiya ilə iqtisadi, ticari və müəyyən limit çərçivəsində hərbi əməkdaşlıq Azərbaycan üçün faydalıdır. Rusiya Azərbaycanın kənd təssərrüfatı malları üçün ən münbit bazardır”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət