Slimfit
  1. SİYASƏT

Putin Azərbaycanla perspektivli layihələr haqqında danışdı

Putin Azərbaycanla perspektivli layihələr haqqında danışdı
Sakura

Putin Azərbaycanla perspektivli layihələr haqqında danışdı

“Şimal – Cənub” nəqliyyat dəhlizi çərçivəsində Rusiya və Azərbaycan sərhədində Samur çayı üzərindən körpünün tikintisi 2019-cu ildə başa çatacaq. 

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə danışıqların yekunları üzrə bildirib. 

“Avropa bazarlarını asiyalı istehsalçılarla birləşdirəcək, İrandan keçməklə Cənubi Asiya və Yaxın Şərqdən  Avropaya yük daşınmalarını xeyli sürətləndirməyə imkan verəcək “Şimal – Cənub” beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasını perspektivli layihələrdən biri hesab edirik”, - deyə, Putin bildirib. 
 
O xatırladıb ki, bu nəqliyyat arteriyasının ümumi uzunluğu 7 min kilometri ötəcək, bura dəmir yolu, bərə və avtomobil əlaqəsi daxil olacaq. 

Bununla yanaşı, “Şimal – Cənub” nəqliyyat dəhlizinin böyük hissəsi Azərbaycan və Rusiya ərazilərindən keçəcək, deyə, rusiyalı dövlət başçısı vurğulayıb.

“Vurğulayım ki, artıq marşrutun ayrı-ayrı sahələri üzrə iş aparılır. Qarşıdakı ildə ölkələrimiz sərhədyanı Samur çayı üzərindən körpünün tikintisini bitirmək niyyətindədirlər”, - deyə, Putin əlavə edib.

Ümumilikdə, Rusiya prezidentinin sözlərinə görə, ikitərəfli iqtisadi əlaqələr kifayət qədər aktiv inkişaf edir. Belə ki, 2017-ci ildə Rusiya və Azərbaycanın ticarət dövriyyəsi 35% - 2,5 mlrd. dollaradək artıb. Azərbaycan bazarında Rusiyanın “Qazprom”, “Transneft”, “Lukoyl” kimi böyük enerji şirkətləri işləyir.

“Ümumiyyətlə, Rusiya və Azərbaycanın enerji sistemləri inteqrasiya olunmuş rejimdə fəaliyyət göstərir. Sənaye sahəsində kooperasiya dərinləşir”, - deyən Putin, “KamAZ”, “Qazprombank”ın Azərbaycandakı layihələrini qeyd edib.

Bundan başqa, Rusiya prezidenti vurğulayıb ki, kiçik və orta sahibkarlıq xətti üzrə iki ölkənin sahibkarları arasında əlaqələr genişlənir.

Rusiya və Azərbaycanın regionlararası əməkdaşlığından danışan Putin 2018-ci ilin oktyabrında növbəti Rusiya-Azərbaycan regionlararası forumunun baş tutacağını bildirib.

“Onu Gəncə şəhərində keçirmək planlaşdırılırdı, lakin bəlkə bizim dostlarımız onu (tədbiri – red.) Bakıda təşkil edəcəklər”, - deyə, rusiyalı lider əlavə edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

General Əliağa Şıxlinski Molla Vəli Vidadinin nəticəsidir.

Redaktor seçimi

SON XƏBƏRLƏR