Dərc edildi: Baxış sayı: 538
Putin Ankaraya gedir
Rusiya Prezidenti Vladimir Putin sentyabrın 16-da Ankaraya səfər edəcək. O, burada Suriya ilə bağlı növbəti üçtərəfli sammitdə iştirak edəcək, eləcə də Türkiyə və İran prezidentləri ilə ikitərəfli görüşlər keçiriləcək. “Qafqazinfo”nun “RİA Novosti”yə istinadən məlumatına görə, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov danışıb.
“Bazar ertəsi Suriya üzrə Astana prosesinin qarantlarının üçtərəfli görüşü planlaşdırılıb”, - Peskov brifinq zamanı deyib.
“Bu görüş Ankarada olacaq, prezident oraya yollanacaq”, - Kreml nümayəndəsi bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət