Dərc edildi: Baxış sayı: 633
Putin ad gününü onunla keçirir
Bu gün 67 yaşı tamam olan Rusiya Prezidenti Vladimir Putin ad gününü doğma və yaxın insanların ətrafında təbiət qoynunda qeyd edir.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə Prezidentin Mətbuat katibi Dmitri Peskov “TASS” agentliyinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Putin ad günü ərəfəsində payız təbiətindən zövq aldığı Sibir tayqasına baş çəkib: “Prezident bir neçə gündür Sibirdə, tayqadadır. Təbiətdən, payız tayqasından zövq alır”.
Qeyd edək ki, NTV kanalında Putinin tayqa gəzintisinə dair videokadrlar yayılıb. Görüntülərdə Putinin Müdafiə naziri Sergey Şoyqu ilə birlikdə tayqa meşələrini gəzdiyi, dağlara qalxdığı və tonqal qalayıb kiçik piknik təşkil etdiyi görünür.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət