Dərc edildi: Baxış sayı: 315
Putin açıqladı: Əgər Tramp 9 mayda Rusiyaya gələrsə...
ABŞ və Rusiya arasında konstruktiv danışıqların aparılması mümkündür.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
Kreml rəhbəri bildirib ki, partnyorların ikitərəfli əməkdaşlıqla bağlı səmimi müzakirələrə hazır olduğu zaman dialoq baş tuta bilər.
Putin əlavə edib ki, Tramp 9 mayda Rusiyaya səfər edərsə, onunla mütləq görüşəcək.
Qeyd edək ki, ABŞ Prezidenti Tramp 2020-ci ilin 9 mayında Rusiyada qələbənin 75 illiyi münasibəti ilə keçirilən parada qatılma istəyini ifadə edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət