Putin 1991-ci ildə Rusiya prezidenti olsaydı...
Krımın Rusiyanın tərkibinə qayıdışı yalnız vaxt məsələsi idi.
Publika.az xəbər verir ki, belə bəyanatla Ukraynanın keçmiş diplomatı Oleq Voloşin “NewsOne” telekanalının efirində çıxış edib.
Onun sözlərinə görə, əgər Vladimir Putin 1991-ci ildə Rusiya prezidenti olsaydı, Ukrayna müstəqil olardı, amma praktik olaraq 100 faiz Sevastopolsuz. O, bunu Sevastopolun ittifaq tabeliyində olan şəhər olması ilə izah edib.
“Qara dəniz donanması və Sevastopolun Kalininqrad kimi Rusiyanın tərkibində qalması ehtimal ki, müstəqilliyin tanınmasının şərtlərindən biri olardı”, - Voloşin söyləyib.
O əlavə edib ki, həmin vaxt Krım Ukraynanın tərkibində 1994-cü ildə yarımadaya muxtariyyət statusu verən ovaxtkı Ukrayna rəhbərliyinin müdrikliyi sayəsində qaldı.
Qeyd edək ki, Krım 2014-cü ilin əvvəlində Ukraynada hakimiyyət dəyişikliyinin gedişatında Rusiya tərəfindən ilhaq edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət